Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
12 sentyabr 2011 12:24 (UTC +04:00)

Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,5 faiz ucuzlaşıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,4 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,9 faiz bahalaşıb.

Məlumata görə, emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,0 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 7,2 faiz, tütün məmulatlarının istehsalı üzrə 2,0 faiz, kimya sənayesi üzrə 1,9 faiz, mebel istehsalı üzrə 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı və zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,5 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,4 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,3 faiz, kağız və karton istehsalı üzrə 0,2 faiz bahalaşmış, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,4 faiz, qida məhsullarının istehsalı üzrə 2,0 faiz, geyim istehsalı üzrə 1,8 faiz, metallurgiya sənayesi üzrə 1,3 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.
# 617

Oxşar yazılar