Moldovanın ətraf mühit naziri Azərbaycana gəlib
08 sentyabr 2011 15:30 (UTC +04:00)

Moldovanın ətraf mühit naziri Azərbaycana gəlib

Moldovalı nazir Qəbələdə keçirilən 11-ci Beynəlxalq Pestisidlər Forumunda iştirak etmək üçün ölkəmizdədir.

Qonaq sabah Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşəcək. C.Salaru Qəbələdə jurnalistlərə açıqlamasında bildirib ki, azərbaycanlı həmkarı ilə görüşdə gələcəkdə Azərbaycanla həyata keçiriləcək birgə layihələri müzakirə edəcək. “Həmçinin köhnəlmiş kimyəvi tullantılarla bağlı problemlərin həlli yolları barədə danışılacaq. Biz tullantıların məhv olunması üzrə təcrübə mübadiləsi aparmaq niyyətindəyik. Məsələn, Moldovada 2007-ci ildən başlayaraq 11 anbardan 2 min tona yaxın tullantı çıxarılıb və məhv edilib” - deyə, qonaq nazir vurğulayıb.

Nazir bildirib ki, gələcəkdə Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələrinin köhnəlmiş üzvi tullantıların məhv edilməsinin yollarını müəyyən etmək istiqamətində planlar düşünülür. “Təəssüf ki, keçmiş SSRİ-də kimyəvi tullantılarda çox geniş və düşünülməmiş şəkildə istifadə olunurdu. Biz indi bunun fəsadlarının aradan qaldırılmasına cəhd edirik” - deyə, o, əlavə edib.

Mübariz Aslanov
# 690

Oxşar yazılar