Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi fiziki və hüquqi şəxslərə müraciət edib
Azərbaycan prezidentinin 13 dekabr 2010-cu il tarixli 361 nömrəli Fərmanı ilə “fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi” lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısına daxil edilib və bu sahədə fəaliyyətin lisenziyalaşdırılması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 9.14-cü maddəsinə müvafiq olaraq fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi sahəsində fəaliyyət yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
Bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən, xüsusi razılıq (lisenziya) alınması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmələri xahiş olunur.
Ətraflı məlumat www.mincom.gov.az saytından və ya 012 598-19-88 telefon nömrəsinə, [email protected] elektron poçt ünvanına müraciət etməklə əldə oluna bilər.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28