Azərbaycan Cənubi Afrika ilə birgə zirehli transportyor istehsal edəcək
Lent.az-ın Müdafiə Sənayesi Nazirliyindən əldə etdiyi məlumata görə, şirkət bu döyüş maşınının da, «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitələrində olduğu kimi, Azərbaycanla birgə istehsalına maraqlıdır.
«Bu maşının unikallığı sırf döyüş əməliyyatlarında istifadə oluna bilməsidir. Hazırda Azərbaycanda birgə istehsal edilən maşınların təyinatı isə fərqlidir. O maşınlar personal daşıma, nəqliyyat xidmətləri, komanda-qərargah maşını kimi istifadə oluna bilir. Yeni maşın imkanlarına görə, BTR tipli maşınları önəmli səviyyədə qabaqlayır», - deyə məlumatda bildirilib.
«Mbombe» transportyorunun birgə istehsalına dair qərarın bu ilin sonlarında qəbul ediləcəyi gözlənilir. Buna qədər isə həmin transportyorun bir nümunəsi Azərbaycana gətirilərək yerli şəraitdə test ediləcək.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlində «Paramount Group» şirkətinin prezidenti Ayvor İçikovitz tərəfindən müdafiə naziri Səfər Əbiyev, müdafiə sənayesi naziri Yavər Camalov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə yeni maşının təqdimatı keçirilib. «Mbombe»nin texniki-taktiki xarakteristikası ilə tanış Azərbaycan tərəfi maşının birgə istehsalını bəyənib.
«Mbombe» ballistik qoruması NATO-nun STANAG 4569 level IV (14.5 mm güllələrə qarşı) və minaya qarşı qoruması STANAG 4569 Level IV and RPG (10 kq TNT partlayışına və tank əleyhinə mina partlayışına) standartlarına uyğundur.
Rəşad

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28