Dövlət Neft Fondunun büdcəsi artırıldı
“APA-ECONOMICS”in xəbərinə görə, dəyişikliklərə əsasən fondun bu ilə gözlənilən gəlirləri 9 mlrd. 132 mln. 941 min manatdan 12 mlrd. 796 mln. 172 min manata qaldırılıb.
Fərmanda bildirilir ki, gəlirlərin artımı cari ildə xam neftin qiymətlərinin yüksək olması şəraitində hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağı ilə bağlıdır. Fondun xərcləri isə 6 mlrd. 886 mln. 155,4 min manatdan, 9 mlrd. 939 mln. 985,3 min manat qalxıb. Xərclərin artımı ARDNF-nin vəsaiti hesabına qaçqınların və məcburi köçkünlərin sosial-məişət məsələləri və məskunlaşması ilə bağlı həyata keçirilən tədbirlərin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tiflis-Qars yeni dəmir yolu layihələrinin vaxtında icrasını təmin etmək, Fondun inzibati binasının tikintisini sürətləndirmək və beynəlxalq təşkilatlara üzvlük haqqı ilə bağlı ödənişlərin həyata keçirilməsi ilə bağlıdır.
Dövlət başçısı Neft Fondunun 2011-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasında dəyişikliklər edilməsi və 2010-cu il büdcəsinin icrası barədə sərəncamlar da imzalayıb.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28