İpoteka krediti alanların sayı 3400 nəfərə çatıb
Son üç ildə ipoteka kreditləşməsi üçün 134 milyon manat xərclənib
Ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından – iyunun 1-dən noyabrın 1-dək 1400 nəfərə yaxın vətəndaşa ipoteka krediti verilib. İndiyədək verilmiş kredit vəsaitlərinin ümumi həcmi isə 59 milyon manat olub.
Azərbaycan İpoteka Fondundan Lent.az-a bildiriblər ki, oktyabr ayında 12 milyon manat məbləğində ipoteka krediti verilib. Bu vəsait hesablına 300-ə yaxın ailə öz yaşayış-mənzil şəraitini yaxşılaşdırıb.
Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq, Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 134 milyon manatı keçib. Nəticədə 3400-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.
Xatırladaq ki, 2010-cu ilin dövlət büdcəsindən ipoteka kreditləşməsinə 14 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31