9 ayda 500 müəssisə, 330 torpaq sahəsi özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin 9 ayının nəticələrinə dair hesabat verdi
Əmlak Məsələləri Dövlət Komitəsində bu ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib. İclasda dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrinin və vahid kadastrının aparılması sahələrində görülmüş işlər müzakirə edilib.
Komitənin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iclasda qurumun sədri Kərəm Həsənov çıxışında dövlət mülkiyyətinin özəlləşdirilməsi və daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində şəffaflığın və səmərəliliyin artırılmasının prioritet vəzifələr olduğunu söyləyib. Onun sözlərinə görə, ötən 9 ayda dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsi, hüquqların dövlət qeydiyyatı, kadastrı və ünvan reyestrinin aparılması sahəsində 20-yə yaxın normativ-hüquqi sənədin layihələri hazırlanıb.
Kərəm Həsənov qeyd edib ki, bu ilin yanvar-sentyabr ayları ərzində 500 kiçik dövlət müəssisə və obyekti, 330 torpaq sahəsi özəlləşdirilib. Səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 40 hərrac keçirilib. Bu hərraclarda müxtəlif regionlarda yerləşən, iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 30 səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib. Hesabat dövründə nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə 60 səhmdar cəmiyyəti tərəfindən büdcəyə ödənilmiş dividentlərin ümumi məbləği 69 min manat təşkil edib.
Elxan SALAHOV

788