““Azercell” istehlakçıdan hər vasitə ilə pul qoparır”
On gün əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov uzun müddətdir ölkə ictimaiyyətində narahatlığa və söz-söhbətə səbəb olan bir məsələyə, nəhayət, aydınlıq gətirdi. Nazir Azərbaycanda rouminq qiymətlərinin baha olduğunu ilk dəfə söyləməklə yanaşı, mobil operatorların fəaliyyətindən də narazılığını dilə gətirdi.
Lent.az-ın məlumatına görə, mobil operatorları kəskin tənqid edən Əli Abbasov bu sahədəki qiymət sisteminin şəffaf və qənaətbəxş olmadığını, operatorların beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq etdiyini söyləyib.
Bəs, görəsən, söhbət hansı mobil operatorlardan gedir? Qiymət sisteminin qeyri-şəffaf, rouminq xidmətlərinin baha olmasına görə məsuliyyəti kim daşıyır?
Xatırladaq ki, mobil şirkətlər hər 3 aydan bir mövcud tariflərini sadə və şəffaf şəkildə açıqlamalıdır. Həmçinin mobil telefon abunəçisinin imkanı olmalıdır ki, istənilən vaxt ya sms, ya internet vasitəsilə müraciət etməklə öz danışıqları barədə ətraflı məlumat ala bilsin. Ancaq mobil operatorlardan bəziləri bu xidməti ödənişlə təqdim edirlər. Yəni şirkət göstərdiyi xidmət barədə istehlakçıya məlumat verməyə borcludur. Həm də buna görə əlavə xidmət haqqının tələb olunması qanunsuzdur.
“Azercell” məhkəməyə verilə bilər
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, bu kimi qanunsuz hallara görə, daha çox “Azercell” və “Bakcell”in fəaliyyətində rast gəlinir. Onun sözlərinə görə, “Azercell” abunəçiləri balansını öyrənmək istəyirsə, bu xidmət üçün şirkət əlavə haqq tutur: “Bu kimi hallar istehlakçı hüququnun kobud şəkildə pozulmasıdır və buna görə “Azercell”i hətta məhkəməyə verib udmaq da olar. Çünki istehlakçının məlumat almaq hüququ var. Amma “Azercell” istehlakçıdan hər vasitə ilə pul qoparmaq yolunu tutub”.
Yeri gəlmişkən, hazırda Azərbaycanda 2 mobil operator - “Azercell” və “Bakcell” abunəçilərinə konturla xidmət göstərir. “Azercell” və “Bakcell”dən fərqli olaraq, “Azerfon” abunəçilərə xidməti manatla ödəniş qarşılığında həyata keçirir. Üstəlik, “Azerfon”un tətbiq etdiyi qiymətlər hazırda bazarda ən ucuz tariflərdir. Belə ki, bu şirkət bütün istiqamətlərə dəqiqəsi 5 qəpikdən danışıq tətbiq edir. Belə görünür ki, Əli Abbasovun ittihamları əsasən, “Azercell” və “Bakcell” şirkətlərinə ünvanlanıb. Nazirin etirazlarının bir səbəb də odur ki, məhz bu mobil operatorların xarici ölkələrlə danışıq qiymətləri hətta beynəlxalq tariflərdən də yüksəkdir. Nazir buna misal kimi Rusiya, Ukrayna, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar üçün rouminq qiymətlərinin beynəlxalq tariflərdən dəfələrlə baha olduğunun söyləyib.
Xatırladaq ki, ölkənin ən iri mobil operatoru olan “Azercell” hazırda dünyanın 46 ölkəsi ilə rouminq əlaqəsi xidmətləri göstərir. Bu isə o deməkdir ki, “Azercell”in bütün abonentləri xarici səfərə çıxarkən rouminq xidmətindən yararlana bilər. Amma bütün ölkələrdə rouminq xidməti üçün fərqli qiymətləri var. Məsələn, “Azercell” vasitəsilə Avropadan Azərbaycana daxil olan zənglərin bir dəqiqəsi 3-5 dollara başa gəlir. Ölkədən rouminqdə olan mobil abonentlərə daxil olan zəngə görə isə cəmi 1-1,5 dollar ödənməlidir.
“Azercell”in göstərdiyi beynəlxalq danışıq qiymətləri hətta Türkiyənin ən böyük mobil operatoru olan “Türkcell”də müqayisədə bahadır. Məsələn, qardaş Türkiyədən Azərbaycana daxil olan zənglərin 1 dəqiqəsinə 680 kontur tutulur. Halbuki Türkiyədən müvafiq anlaşması olan xarici ölkələrə, o cümlədən Azərbaycana zəngin 1 dəqiqəsi 59 quruşdur. Bunu Azərbaycan manatı ilə hesablasaq, Türkiyədən Azərbaycana 1 dəqiqəlik zəngin qiyməti heç 30 qəpiyə də çatmır (Mərkəzi Bankın məzənnəsinə əsasən, hazırda 1 türk lirəsi 0.4925 manatdır).
Göründüyü kimi, Azərbaycanda mobil rabitə qiymətləri olduqca bahadır. Üstəlik, beynəlxalq rouminq xidmətindən istifadə edən abonentlərin rabitəsi tez-tez kəsilir, zəng öz ünvanına deyil, kənar şəxslərə düşür və digər texniki qüsurlar da öz yerində. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mobil operatorların, o cümlədən “Azercell”in istehlakçı hüquqlarına hörmətlə yanaşmadığı qənaətindədir. AİB sədri Lent.az-a bildirib ki, “Azercell”in tətbiq etdiyi qiymətlər nəinki bahadır, hətta əhalinin aldadılması halları baş verir: “Mən rabitə və informasiya texnologiyaları nazirinin mobil operatorların fəaliyyəti barədə söylədikləri ilə tam şərikəm. Azərbaycanda mobil rabitə xidməti həqiqətən də bərbad haldadır və hər addımbaşı istehlakçılar aldadılır, onların hüquqları pozulur”.
Eyyub Hüseynov da Azərbaycanda mobil rabitə xidmətlərinin baha olmasından narahatdır. Onun sözlərinə görə, Azərbaycanda bu xidmətlər üzrə tariflər MDB-də ən yüksəkdir: “Bir çox ölkələrdə, o cümlədən ABŞ və Kanadada mobil operatorlar şənbə və bazar günləri pulsuz xidmət göstərir. Amma “Azercell” və digər mobil operatorlar bu gün də yüksək tariflər tətbiq etməklə yanaşı, əhalidən danışdığı konturlardan artıq kontur çıxırlar. Üstəlik, əhaliyə mənasız mesajlar gəlir və abunəçilər bundan bezib”.
Təşkilat rəhbəri onu da əlavə edib ki, mobil rabitə monopoliyada olduğundan operatorlar öz qazanclarını genişləndirmək üçün bazarda istədikləri tarifləri tətbiq edirlər. Onun fikrincə, bu vəziyyətə son qoymaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil operatorların qarşısında qəti şərt qoymalı və yeni operatorların bazara daxil olmasına imkan yaratmalıdır: “Ciddi tələblər qoyulsa, heç kəs bu o çərçivədən kənara çıxa bilməz. Ona görə də dövlət özü mobil operatorların bu özbaşınalığına son qoymalıdır. Qiymətlər həm də o halda aşağı salına bilər ki, bazara yeni operatorlar buraxılsın” - deyə, Eyyub Hüseynov bildirib.
Prezidentin çağırışına cavab olacaqmı?
Ekspert Nazirlər Kabinetinin ötən ilin nəticələrinə dair iclasında prezident İlham Əliyevin ölkədə şişirdilmiş qiymətlərin aşağı salınması çağırışını xatırladıb. Amma onun fikrincə, mobil operatorlar prezidentin bu çağırışına əməl etmirlər: “Çünki ölkədə istehlakçıların mənafeyinin və hüquqlarının qorunması səviyyəsi çox aşağıdır. Mobil operatorlar isə bundan istifadə edərək istədikləri qiymətləri tətbiq edirlər. Baxmayaraq ki, prezidentin bu çağırışı istehlakçılara yönəlmiş çağırışdır və dövlətin antiinhisar siyasəti istiqamətində müəyyən işlərin görüləcəyini düşünürəm”.
Xatırladaq ki, mobil rabitə xidmət sektorunda şişirdilmiş qiymətlər və bu sahədəki qüsurlardan narazılıq əvvəllər də bir neçə dəfə nazirlik səviyyəsində ifadə olunmuşdu.
İndi isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bu məsələyə ətraflı şərh verməsələr də, rouminq tariflərinin endirilməsi ilə bağlı iş getdiyini və yaxın vaxtlarda qərar veriləcəyini deyiblər.
“Azercell Telekom”dan Lent.az-a bildiriblər ki, bu məsələlərlə bağlı suallara yaxın günlərdə cavab veriləcək.
Elxan SALAHOV

1381