Bu il rekord həcmdə ərzaq buğdası tədarük olunacaq
Taxıl yığımı başa çatır
Son günlər ölkə ərazisində müşahidə olunan sel və daşqınlar taxıl yığımına təsir göstərməyib. İyulun 30-a olan məlumata əsasən, respublika ərazisində taxıl zəmilərinin 95 faizdən çoxunda biçin başa çatıb.
Kənd təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, indiyədək 1,6 milyon hektarda biçin aparılıb və bu sahələrdən 2,5 milyon tondan çox məhsul götürülüb. Hazırda dağlıq ərazilərdə taxıl biçini davam edir və mövsümün yekununda tədarük olunan ərzaq buğdasının ümumi həcminin 2,8 milyon tona çatacağı gözlənilir.
Nazirlikdə bildirirlər ki, bu il Azərbaycan tarixində rekord həcmdə taxıl tədarük olunacaq. Çünki məhsuldarlıq əvvəlki illərlə müqayisədə yüksəkdir. Məhsuldarlıq səviyyəsinə görə ən çox artım Aran və Dağlıq Şirvan zonalarında qeydə alınıb. İndiyədək biçilmiş sahələrdə orta məhsuldarlıq 26,1 sentner olub. Bu il tədarük olunan taxılın 91,6 faizi Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonların payına düşüb.
Elxan SALAHOV

Oxşar yazılar

ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim etdi!
16 aprel 2025 , 17:54
Kapital Bank 6 nominasiyada mükafatlandırıldı
16 aprel 2025 , 16:50
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilmişdir
16 aprel 2025 , 11:12
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30