Fermerlərə pul yardımı verilir
Dövlət büdcəsindən ayrılan vəsaitin paylanması avqustun sonunda başa çatmalıdır
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və sürtgü yağlarına görə subsidiyaların verilməsinə başlanılıb. Artıq 28 rayonda 166 min kəndli fermerə çatası 25 milyon manat onların hesabına köçürülüb.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, subsidiyalar əkilən hər hektara görə 40 manat olmaqla plastik kartlar vasitəsilə ödənilir. Bu il bütövlükdə 59 rayonda 1 milyon 493 min hektar sahəyə görə 59 milyon manat həcmində subsidiyanın verilməsi nəzərdə tutulur.
Nazirlikdə bildirirlər ki, bəzi fermerlərə verilmiş plastik kartların müddəti başa çatdığından həmin kartlar dəyişilməlidir. Bu səbəbdən yeni mövsümdə təxminən 25 minə yaxın yeni plastik kartların verilməsi gözlənilir. Bu proses başa çatdıqdan sonra avqustun sonunadək bütün rayonlarda subsidiya almaq hüququ olan fermerlərin hamısı həmin yardımlardan bəhrələnə biləcək.
Xatırladaq ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar prezidentin 2007-ci ildə imzaladığı sərəncama uyğun olaraq ildə bir dəfə verilir. Bunun üçün hər il dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılır. Kənd Təsərrüfatı Nazirliyində deyirlər ki, 2007-ci ildə 1 milyon 54 min hektar, 2008-ci ildə 1 milyon 344 min hektar sahəyə görə fermerlərə subsidiyalar verilib. Bu il isə 1 milyon 493 min hektar sahədə əkin aparacaq vermerlər subsidiyalardan yararlana biləcək.
Elxan SALAHOV

932