Bakının Baş Plan avqustda hazır olacaq
Ən geci sentyabrın birinci yarısında layihələrin icrasına başlanacaq
“Böyük Bakının Regional İnkişaf Planı”nın hazırlanması üzrə keçirilən beynəlxalq tenderin ilkin nəticələri bəllidir. Tenderə qatılan 16 dövlətin 34 şirkət və konsorsium arasından 6 şirkətlər qrupu seçilib. Onlardan 2-si Böyük Britaniya, digərləri isə Hollandiya, Birləşmiş Ştatlar, İsrail və Almaniyanı təmsil edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Lent.az-a bildiriblər ki, avqust ayı ərzində gələn 6 şirkətlər qrupundan 1-i tenderin qalibi elan olunacaq. Avqustun sonunda qalib gəlmiş şirkətin yeni Baş Planla bağlı təkliflərə baxılacaq. Sentyabrın 15-dən gec olmayaraq layihələrin icrasına başlanacaq.
Xatırladaq ki, 1898-ci ildən bu günədək Bakı şəhərinin 4 Baş Planı hazırlanıb. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. 2005-ci ildən isə “Böyük Bakının Regional İnkişaf Planı”nın hazırlanmasına başlanıb. “Böyük Bakının Regional İnkişaf Planı” adlı kompleks layihələr Dünya Bankının krediti hesabına maliyyələşir.
Elxan SALAHOV

4791