Rusiya rabitə operatoru Azərbaycan bazarına çıxa bilər
30 iyul 2009 18:45 (UTC +04:00)

Rusiya rabitə operatoru Azərbaycan bazarına çıxa bilər

“Meqafon” “Sinterra” şirkətini alıb

Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti (FAX) mobil rabitə operator “Meqafon” ASC-nin Rusiya milli rabitə operatoru “Sinterra” şirkətinin 100% səhmlərinin alınmasına dair ərizəsini qəbul edib.

Lent.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, cari ilin may ayında “Sinterra” Azərbaycanda “Azərtelekom”-la birgə müəssisə təsis edib.

Birgə Müəssisənin 50%-i “Sinterra”-ya qalan 50%-i isə “Azərtelekom”-un payına düşür. Belə vəziyyətdə “Sinterra” ilə razılaşma əldə olunduqda “Meqafon” ASC həmin BM-in tərəfdaşı olacaq.

“Meqafon”-nun 43,8 faizi isə TeliaSonera Qərb şirkətindədir. Bu şirkətin də nəzarət paketi İsveç və Finlandiyaya hökumətlərinə məxsusdur.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084

Oxşar yazılar