Yumurta sarıdan korluq çəkməyəcəyik
Ət və süd istehsalında da artım var
2009-cu ilin I yarısının yekunlarına görə, Azərbaycanda ət, süd, yumurta və yun istehsalında artım qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsindən Lent.az-a daxil olan məlumata görə, bu dövr ərzində 147,3 min ton ət, 700,6 min ton süd istehsal olunub. Bu da keçən illə müqayisədə müvafiq olaraq 1,5 min ton(1%) və 17,2 min ton (2,5%) çoxdur.
Yün istehsalında 2,6 faiz artım olub. Başqa sözlə, 2008-ci ildə 12,7 min ton yun, 2009-cu ilin birinci yarısında 13 min ton yun istehsal edilib.
Yumurta sarıdan vəziyyət isə daha yaxşıdır. Əgər 2008-ci ildə toyuqlarımız 546,1 min yumurta veriblərsə, 2009-cu ilin ilk 6 ayında bu rəqəm 614,1 min ədəd olub. Bu da keçən illə müqayisədə 12,4 faiz, yəni 67,9 min ədəd çoxdur.
Ramiz

Oxşar yazılar

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi baş çatıb
11 aprel 2025 , 17:31
"Park Yasamal"dan faizsiz kreditlə mənzil axtaranlar üçün əla təklif - "Kristal Abşeron"
11 aprel 2025 , 16:56
“Azərsun Holdinq”in baş sponsorluğu ilə “Nine Senses Fest 2025” keçiriləcək
11 aprel 2025 , 12:52
Sabah bu rayonda 21 kəndin qazı kəsiləcək
10 aprel 2025 , 18:32
"Azercell" və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir
10 aprel 2025 , 16:31
55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - VİDEO
10 aprel 2025 , 12:19
Trampın son qərarı ilə “Bitcoin”in qiyməti qalxdı - 82.000 dollar
10 aprel 2025 , 05:13