Qanunsuz tikililərlə bağlı ayrıca qərar olacaq
Arif Qaraşov: “Mühafizə zolaqlarında inşa edilmiş tikililərin, zəbt olunmuş torpaqların gələcəkdə istifadəçilərin mülkiyyətinə veriləcəyi ciddi sual altındadır”
Mühafizə zolağına düşən tikililərin sökülməsi istiqamətində həyata keçirilən tədbirlər bir qədər də sərtləşdiriləcək. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən pilot layihələrin həyata keçirildiyi ərazilərdə özbaşına tikililərin və torpaqların zəbt olunması hallarının monitorinqi davam edir.
Lent.az-ın məlumatına görə, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Arif Qaraşov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu araşdırmalar başa çatdıqdan sonra qanunsuz tikililər və zəbt olunmuş torpaq müvafiq kateqoriyalara ayrılacaq. Bundan sonra isə həmin tikili və ya torpaqların mülkiyyət sənədlərinin hazırlanması, yaxud da onların sökülməsini həyata keçirmək üçün hökumət qarşısında məsələ qaldırılacaq. Bu cür tikililərin və torpaqların sonrakı taleyi isə hökumətin qəbul edəcəyi qərarlardan asılı olacaq.
“Bir şeyi dəqiq bilirəm ki, kommunikasiya xətlərinin mühafizə zolaqlarında inşa edilmiş tikililərin, zəbt olunmuş torpaq sahələrinin gələcəkdə istifadəçilərin mülkiyyətinə veriləcəyi ciddi sual altındadır. Yaşayış məntəqələrinin, şəhər və rayon mərkəzlərinin baş planlarına uyğun olaraq, tikilmiş evlərin müqəddəratı isə onların texniki vəziyyətindən və memarlıq durumundan asılıdır” - deyə, Arif Qaraşov bildirib.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28