Daşınmaz əmlakın məlumat bazası yaradılacaq
Azərbaycan hökuməti yeni məlumat infrastrukturunun formalaşdırılması üçün xarici təcrübədən istifadə edəcək
Bu gün Bakıda “Şərqi Avropada və Mərkəzi Asiyada Milli Məkan Məlumatları İnfrastrukturunun inkişafı” mövzusunda beynəlxalq seminar başlayıb. İki gün davam edəcək seminarda bir sıra xarici dövlətlərin daşınmaz əmlak üzrə dövlət reyestr xidmətlərinin rəhbərləri, habelə Ümumdünya Milli Məkan Məlumatları Assosiasiyasının prezidenti də iştirak edir. Tədbirin əsas məqsədi isə daşınmaz əmlakın dövlət reyestri xidmətində vahid məlumat bazasının yaradılması sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və onun inkişafına beynəlxalq dəstək verməkdir.
Lent.az-ın məlumatına görə, seminarda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Arif Qaraşov Azərbaycanda həyata keçirən islahatlar barədə qonaqlara məlumat verib. O qeyd edib ki, son illər Azərbaycan elektron hökumətin qurulmasını nəzərdə tutan çoxsaylı layihələr çərçivəsində təhsil, səhiyyə, elm və digər sosial sahələrdə informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi əsas prioritetə çevrilib. Onun sözlərinə görə, artıq müxtəlif sahələrdə ilkin elektron xidmətlərin tətbiqinə başlanıb.
“İndi Azərbaycan elə bir inkişaf mərhələsinə çatıb ki, ölkədə milli məkan məlumatlarının əldə edilməsi, emalı, mübadiləsi üzrə digər fəaliyyətlərin əlaqələndirilməsi üçün vahid infrastrukturun formalaşdırılmasına böyük ehtiyac var. İndiki şərait dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, özəl qurumlardan operativlik və etibarlılıq tələb edir. Ona görə də daşınmaz əmlak sahəsində milli məkan məlumatlarının toplanmasını vacib hesab edirik” – deyə Arif Qaraşov bildirib.
Xidmətin rəisi qeyd edib ki, bu qurum özünün mərkəzi və yerli orqanlarında milli məlumatların toplanması üçün lokal şəbəkələr qurub. Belə ki, əmlakın qeydiyyatının həm kağız, həm də elektron daşıyıcılar, habelə rəqəmli kadastr xəritələri üzərində aparılması təmin olunub. Onun sözlərinə görə, bu məlumatların mübadiləsi üzrə müvafiq infrastruktur olmadığından proses arzu edilən səviyyədə deyil: “Xidmətə hər gün məhkəmələrdən, hüquq-mühafizə və vergi orqanlarından, bələdiyyələrdən onlarla sorğu daxil olur. Ancaq Milli Məkan Məlumatları İnfrastrukturunun (MMMİ) olmaması sorğuların operativ cavablandırılmasına maneələr yaradır. Belə bir infrastrukturun formalaşması həm də mühafizə zolaqlarına qanunsuz müdaxilə hallarının, torpaq sahələrinin təyinatının dəyişdirilməsi hallarının da qarşısını ala bilər”.
Seminarda çıxış edən Niderlandın “Kadaster-İnternational” təşkilatının nümayəndəsi Rik Vouters isə MMMİ-in formalaşdırılması sahəsində Azərbaycana dəstək verməyə hazır olduqlarını bildirib. Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən avropalı qonaq diqqəti Bakıda və regionlarda yaşayış sahələrinin genişləndirilməsinə yönəldib. Onun sözlərinə görə, son illər Bakıda və regionlarda inşa olunan hündür mərtəbəli binalar, fərdi mənzillər şəhərsalma normalarında ciddi pozuntular yaradıb. Bəzi ərazilərdə isə hökumətin razılığı olmadan inşa olunan tikililər daşınmaz əmlakın qeydiyyatı sahəsində əlavə problemlər yaradıb.
“Belə problemlərə təkcə Azərbaycanda deyil, inkişaf etməkdə olan ölkələrin çoxunda rast gəlinir. Ancaq Avropada problemin həlli istiqamətində ciddi işlər görülür, yeni yaradılan infrastrukturun hesabına dövlət və özəl qurumlar daşınmaz əmlak barədə vahid mərkəzdən məlumatlar ala bilir. Biz bu sahədə Azərbaycanın həm dövlət, həm də özəl qurumları ilə əməkdaşlıq etməyə hazırıq” - Rik Vouters belə deyib.
Elxan SALAHOV

1145