Strateji valyuta ehtiyatlarımız 30 milyard dollara çatıb
“APA-ECONOMICS” xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.
Bəyanata əsasən, 2010-cu ildə tədiyə balansına ixrac qiymətlərinin yüksəlməsi, bankların xaricdən kredit cəlb etmək imkanlarının tədricən bərpası, xarici maliyyə axınlarının artması müsbət təsir edib. Cari ilin 9 ayında cari əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövrünə nəzərən 69% yüksələrək 12 mlrd. dollara çatıb ki, bu da kapital hesabının kəsirini örtərək valyuta ehtiyatlarını 9,7 mlrd. dollardan çox artırıb. Strateji valyuta ehtiyatları 2010-cu il dekabr ayının 1-nə 30 mlrd. dollara çatıb və 3 illik mal və xidmət idxalına bərabərdir.
AMB-nin bəyanatında göstərilir ki, qlobal böhranın neqativ təsirlərinin neytrallaşdırılması şəraitində iqtisadi artımın mənbələri daha da canlanmağa başlayıb. Nəticədə, ötən 11 ayda iqtisadi artım 4,5%, o cümlədən qeyri-neft sektoru üzrə 5,9% olub. Sənayedə faktiki istehsal indeksinin və istehsal güclərindən istifadə səviyyəsinin yüksəlməsi müşahidə olunub. Mikroiqtisadi monitorinqlərə görə, istehsalı və dövriyyəsi çoxalan müəssisələrin sayı ötən illə müqayisədə artıb. Bu şəraitdə iqtisadiyyatda məşğul olanların sayı artıb, sənaye, xidmət, ticarətdə məşğulluq gözləntiləri ötən illə müqayisədə yaxşılaşıb.
Dövr ərzində inflyasiya tək rəqəmli səviyyədə qalıb, cari ilin 11 ayının yekunu üzrə orta illik inflyasiya 5,5%, son bir ildə isə 7,4% təşkil edib. Tərəfdaş ölkələrdə inflyasiyanın sürətlənməsi, xüsusən də ərzaq istehsalının azalması inflyasiyaya artırıcı təsir göstərən önəmli amil olub. Əlverişsiz təbii mühit kənd təsərrüfatı istehsalının azalmasına səbəb olub, nəticədə kənd təsərrüfatında istehsalçı qiymətləri indeksi 11 ayda 3,7% yüksəlib. Bütün bunlara baxmayaraq, cari ilin sonuna inflyasiyanın tək rəqəmli səviyyədə qalacağı gözlənilir.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16