Bakı-Naxçıvan aviabileti ucuzlaşdı
Tarif Şurasından “APA-ECONOMICS”ə verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən, iclasda blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının əhalisinin həyatında xüsusi rolu olan Bakı-Naxçıvan və Naxçıvan-Bakı aviareysi üzrə sərnişindaşıma tariflərinə yenidən baxılıb.
Qəbul edilmiş qərara əsasən, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə sərnişindaşıma tarifi 95 manatdan 70 manata endirilib ki, bunun da 20 manatı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, bu qəraradək sərnişinlər bir bilet üçün 75 manat ödəyirdilərsə, qərarın qüvvəyə mindiyi tarixdən etibarən sərnişinlər bir bilet üçün 50 manat ödəyəcək.
Qeyd edək ki, yeni tariflər 2011-ci ilin yanvarın 1-dən etibarən tətbiq ediləcək.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16