Səbail rayonunda 2012-ci ilin doqquz ayının yekunları müzakirə olunub - FOTO
15 oktyabr 2012 13:43 (UTC +04:00)

Səbail rayonunda 2012-ci ilin doqquz ayının yekunları müzakirə olunub - FOTO

Bu gün Səbail rayonunda 2012-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş geniş iclas keçirilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, iclasda rayonun icra başçısı Asif Əsgərov geniş məruzə ilə çıxış edib.

O, bildirib ki, 9 ay ərzində rayonun sənaye müəssisələri tərəfindən 18.463.6 milyon manatlıq sənaye məhsulu istehsal edilib, nəqliyyat müəssisələri tərəfindən 443,2 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 660,9 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 15,1 % çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2.182.5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 34,6 % artıqdır. İlin əvvəlindən əhaliyə 289,6 milyon manatlıq istehlak malları satılıb və ya pullu xidmət göstərilib, bu da ötən illə müqayisədə 47,7 % çoxdur.

Səbail rayonunda çalışan işçilərin sayı 98891 nəfər, orta aylıq əmək haqqının məbləği isə 935.7 manat olub ki, bu da keçən illə müqayisədə 3,7 % çoxdur.

2012-ci ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 1801 yeni iş yeri açılıb. Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilib. Səadət sarayının, beşulduzlu «Four Seasons Hotel Baku» mehmanxanasının, Badamdar qəsəbəsində yeni inşa olunan 329 saylı tam orta məktəb və uşaq bağçasının binalarının açılış olub, Bayıldakı 49 saylı “İntellekt” məktəb-liseyin binasının əsaslı təmir edilib. Ha¬zır¬da rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, MTN-nin yeni Hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, «Azadlıq» Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların, Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binası və deponun tikintisi işləri aparılır. «Yeni Bayıl» və «Bayraq Meydanı» yarımstansiyaları istifadəyə verilib, Arif İsmayılov və Əhəd Yaqubov küçələrində 2 yeni yarımstansiya tikintisi davam edir. Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənib, Badamdar şossesi boyunca yeni istinad divarı çəkiib, Qurban Abbasov küçəsinin başlanğıcındakı divarlar üzlənib.

20-ci yaşayış sahəsində AFFA tərəfindən 3200 yerlik «Bayıl» stadionu istifadəyə verilib, Neftçilər prospektində təmir işləri, Üz.Hacıbəyov küçəsində 4 mərtəbəli, 200 avtomobil yerlik yeni parkinqin tikintisi, Dövlət Filarmoniyasının binasındakı təmir, Səməd Vurğunun ev-muzeyinin və Badamdar qəsəbəsində «Könül» körpələr evinin əsaslı təmiri başa çatdırılıb, Dövlət Musiqili Komediya Teatrının, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın, 1200 şagird yerlik Müasir İstedadlar Məktəbinin inşası, mərkəzdə və Bayıl dairəsində yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri, Bayıl dairəsindən Əhəd Yaqubov küçəsi istiqamətində yeni yolun çəkilişi, Dağüstü parkın bir hissəsində əsaslı təmir-yenidənqurma işləri, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və kitabxananın əsaslı təmiri, Səbail rayonunun rəmzi olan «Qız qalası»nda bərpa və konservasiya həyata keçirilir. RİH tərəfindən Dağüstü parkda veteranlar təşkilatı və təsərrüfat xidmətləri işçiləri üçün bina və Badamdar qəsəbəsində xidməti yaşayış binasının tikintisi aparılır. «Abad həyət» layihəsi əsasında Badamdar qəsəbəsi S.İbrahmxədilov 1 və Neftçilər döngəsi 7 ünvanlardakı həyətlər əsaslı təmir olunmuş, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Toplantıda Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə İdsrəsinin rəisi, polkovnik Mirzə Əsgərov, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Güləhməd Bağırov, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Səbail rayon Sukanal Departamentinin rəisi Rauf Abaslı, Səbail rayon Enerji Təchizatı və Satış İdarəsinin rəisi Səbuhi Zeynalov çıxış edib.
# 1701

Oxşar yazılar