"Yuventus" çempion baş məşqçisini geri qaytarmağa  hazırlaşır
26 may 2025 16:41 (UTC +04:00)

"Yuventus" çempion baş məşqçisini geri qaytarmağa hazırlaşır

"Yuventus" baş məşqçi postunda xorvatiyalı İqor Tudoru əvəzləməyi planlaşdırır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Turin klubu keçmiş baş məşqçisi Antonio Konteni geri qaytarmaq niyyətindədir, o, hazırda “Napoli”yə rəhbərlik edir və bu mövsüm komandanı çempionluğa aparıb.

Mənbənin məlumatına görə, Turin klubu 55 yaşlı italiyalı mütəxəssisə mövsümə 8 milyon avro maaş və bonuslar olmaqla 3 illik müqavilə təklif edir.

Kontenin "Napoli"də Massimiliano Alleqrini əvəz edə biləcəyi də güman edilir.

Konte artıq 2011-2014-cü illərdə "Yuventus"a rəhbərlik edib və Turin komandası ilə üç çempionluq qazanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1064

Oxşar yazılar