Zlatan İbrahimoviç: “Mənsiz dünya çempionatını izləməyə dəyməz”
20 noyabr 2013 12:36 (UTC +04:00)

Zlatan İbrahimoviç: “Mənsiz dünya çempionatını izləməyə dəyməz”

0

“Çox güman ki, bu, dünya çempionatında oynamaq üçün son imkanım idi. Tam əminliklə demək olar ki, mənsiz dünya çempionatında heç nəyə baxmaq olmayacaq. Yəni, mundialı izləməyə dəyməz”. Lent.az-ın məlumatına görə, bunu futbol üzrə İsveç milli komandasının kapitanı Zlatan İbrahimoviç deyib.

 

O, “pley-off” mərhələsində yenildikləri Portuqaliyanı təbrik etsə də, hər iki komandanın Braziliyada keçiriləcək Mundiala yollanmağa layiq sayıb: “Əlbəttə, biz pərişanıq. İndi Braziliyadakı çempionata yollanmaq İsveç yığması üçün arzu olaraq, qalacaq”.  

 

Qeyd edək ki, İsveç dünya çempionatının “pley-off”unda Portuqaliyaya səfərdə 0:1, evdə isə 2:3 hesabı ilə yenilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1082

Oxşar yazılar