Futbol üzrə Topaz Premyer Liqasında XI turun proqramı açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı tura oktyabrın 25-də Qəbələdə start veriləcək.
Həmin gün eyniadlı komanda autsayder “Sumqayıt”ı qəbul edəcək. Ardından autsayderlər qrupundakı daha bir komanda – “Rəvan” “Bakı”nı sınağa çəkəcək.
Ertəsi gün daha bir paytaxt derbisində AZAL-la “İnter” üz-üzə gələcək. Oktyabrın 27-də isə Zaqatalanı təmsil edən “Simurq” ev oyununu yenə Bakıda keçirəcək. Bu dəfə isə rəqib “Neftçi” olacaq. Tura isə “Xəzər Lənkəran” – “Qarabağ” matçı ilə yekun vurulacaq.
25 oktyabr (cümə)
15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
18:00. “Rəvan” (Bakı) – “Bakı”
Bakı, “Bayıl Arena”
26 oktyabr (şənbə)
17:00. AZAL (Bakı) – “İnter” (Bakı)
Bakı, “AZAL Arena”
27 oktyabr (bazar)
18:00. “Simurq” (Zaqatala) – “Neftçi” (Bakı)
Bakı, “Şəfa” stadionu
19:00. “Xəzər Lənkəran” – “Qarabağ” (Ağdam)
Lənkəran şəhər stadionu