Teymur yenə uduzdu
15 may 2013 01:08 (UTC +04:00)

Teymur yenə uduzdu

Norveçin Stavanqer şəhərində şahmat üzrə super turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən qrossmeysterimiz Teymur Rəcəbov VI görüşünü keçirib.

Təmsilçimiz bu dəfə yerli şahmatçı Maqnus Karlsenlə üz-üzə gəlib. Ağ fiqurlarla mübarizə aparan zəka sahibimiz rəqibinə uduzub. Bu həmçinin Teymurun turnirdə 2-ci məğlubiyyəti olub.

Qeyd edək ki, aktivində 2.5 xal olan Rəcəbov yarışın VII günündə hindistanlı qrossmeyster Vişvanatan Anandla qarşılaşacaq.

# 665
avatar

Oxşar yazılar