Su polosu üzrə ən böyük yarış Mingəçevirdə
06 may 2013 14:31 (UTC +04:00)

Su polosu üzrə ən böyük yarış Mingəçevirdə

Mayın 7-də Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində su polosu üzrə beynəlxalq turnirə start veriləcək. Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, üç gün davam edəcək turnir Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur.

 

Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq turnirə Azərbaycan və Gürcüstan milliləri ilə yanaşı, Rusiya və Belarusdan komandalar qatılacaqlar.

 

Qeyd edək ki, bu, son illər ərzində su polosu üzrə ölkəmizdə təşkil olunan ən böyük yarışdır və ənənəvi xarakter daşıyacaq. İştirakçıların ölkəmizdə qəbulu və yerləşdirilməsi ilə bağlı bütün xərcləri AÜF ödəyəcək, qaliblər və mükafatçılar isə federasiya və nazirliyin medalları, fəxri diplomla təltif olunacaqlar.

# 805
avatar

Oxşar yazılar