Azərbaycan millisinin futbolçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” klubunun baş məşqçisi Roberto Karlos maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatına danışan braziliyalı çalışdırıcı baş məşqçi karyerasında ilk olaraq Sivas təmsilçisini seçməsinin səbəblərini açıqlayıb:
“Rəhbərliyin gələcək planları, avrokuboklarla bağlı düşüncə və hədəfləri məni cəlb etdi. Təbii ki, bu camiyənin mənə inanması da keçidimdə böyük rol oynadı. Hazırda “Sivasspor”da olan imkanlar bir çox klubda yoxdur. Burada klubun bazalarını xüsusi qeyd etməliyəm. Hesab edirəm ki, bu imkanlarla güclü komanda yaradacağıq”.
Karlos bir gün milli komanda çalışdırmaq istədiyini də bildirib: “Braziliya millisi də ola bilər, Türkiyə yığma komandası da. Bir gün mütləq bu iki komandadan birini çalışdıracam. Bu məsələ ilə bağlı son dərəcə iddialıyam. Onu da qeyd edim ki, bu keçid yaxın zamanda baş tuta bilər”.
Gənc mütəxəssis bir gün saçlarını uzadıb uzatmayacağı ilə bağlı suala isə belə cavab verib: “Sivasspor”la avrokuboklara vəsiqə qazansam, saçlarımı uzadacam. Əgər bu istəyim baş tutmasa, elə olduğu kimi də davam edəcəm”.
Qeyd edək ki, braziliyalı sabiq futbolçu bu yay “Sivasspor”da baş məşqçi olaraq çalışmağa başlayıb.

Saçını uzatmaq üçün Karlosun şərti
Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06