Ronaldu Şeykə xəyanət etdi
21 dekabr 2012 12:51 (UTC +04:00)

Ronaldu Şeykə xəyanət etdi

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldunun italiyalı sabiq deputat Nikol Minetti ilə görüşdüyünə dair xəbərlər yayılıb. Lent.az-ın məlumatına görə, İspaniya və Almaniya mətbuatı portuqaliyalı hücumçunun Minetti ilə dekabrın 9-da Madrid otellərindən birində gecələdiyini yazıb.

 

Ertəsi gün onlar birgə alış-verişə çıxıbl. Bununla da Ronaldu 2 ildir, birgə olduğu rusiyalı sevgilisi İrina Şeykə xəyanət edib.

 

Qeyd edək ki, Nikol Minetti İtaliya parlamentində ölkənin sabiq baş naziri Silvio Berluskoninin partiyasının üzvü kimi yer alıb. Eyni zamanda maneken olan Minetti Berluskoninin ünlü ev qonaqlıqlarına rahibə paltarında gedirmiş. Lakin o, yerini rahatladıqdan sonra paltarını çıxarır və onun alt paltarında olmadığı üzü çıxırmış.

# 2074
avatar

Oxşar yazılar