“Azərbaycan futbolunda oyun alqı-satqısı yoxdur. Hiss etdiyimiz bir şey olsa, razılığa əsasən, əlaqədar təşkilatlara xəbər verə bilərik. Amma hələ duyduğumuz bir şey yoxdur”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə “Azerinteltek” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru İsmayıl Kalefer deyib.
O bildirib ki, şirkətin ticarət nişanı olan “Topaz” məntəqələrində digər bukmeyker kontorları ilə müqayisədə oyunlara aşağı əmsal müəyyənləşdirmələrinin səbəbi Azərbaycan dövlətinə vergi, ölkəmizin idmanına isə gəlirin 4,2 faizini ödəmələridir.
Kalefer oyun proqramına Təbrizin “Traktorsazi” klubunun İran çempionatındakı bütün oyunlarını proqramlarına daxil etməmələrinə də münasibət bildirib.
“Bəzi çempionatları alırıq. Proqram baxımından Azərbaycan baxımından tələb edilən çempionatları baxırıq. Tələb varsa, proqrama salırıq. Tennis, jokeyə elə bir maraq olmadı. İran çempionatının oyunlarını davamlı qoymuruq. Əgər bu klubun Azərbaycanda tərəfdarı çoxdursa mütləq dəyərləndirərik”.

Lent.az-a söz verdilər: “ “Traktorsazi" ilə bağlı təklifinizi dəyərləndirəcəyik”
Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02