Kamran Ağayev Türkiyəyə gedir
19 iyun 2013 16:39 (UTC +04:00)

Kamran Ağayev Türkiyəyə gedir

“Bakı” futbol klubunun qapıçısı Kamran Ağayev iyunun 20-də Turkiyəyə yola düşəcək. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisində də çıxış edən qolkiper “Acıbadem” klinikasında əməliyyat olunacaq.

 

Tibbi müdaxilə Ağayevin qasığının sol tərəfinə ediləcək. Komandanın həkimi Rafiq Hüseynov bildirib ki, təcrübəli qapıçının bir aydan sonra məşqlərə başlanması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091

Oxşar yazılar