Hakan və Rüştü ilə “süni” oyun
01 may 2013 15:07 (UTC +04:00)

Hakan və Rüştü ilə “süni” oyun

Bakıya dəvət olunan ötənlərin məşhur futbolçuları mayın 1-də 3 süni meydançada uşaqlar önünə çıxıblar. Lent.az-ın məlumatına görə, Nizami rayonundakı yeni süni meydançanın açılışında İngiltərə “Mançester Yunayted”inin sabiq hücumçusu Duayt York da iştirak edib.

 

O, “Rəvan” klubunun sabiq baş məşqçisi Bəhmən Həsənovun rəhbərlik etdiyi müxtəlif yaşlı uşaqlarla futbol oynayıb. Ardından AFFA-nın Futbol Akademiyasının süni meydançasında Yorka Türkiyə yığmasının keçmiş qapıçısı Rüştü Rəçbər və hazırda Türkiyə Böyük Millət Məclisində deputat olan Hakan Şükür də qoşulub. Sonra qonaqlar Üzeyir Hacıbəyov, 45 ünvanındakı süni örtüklü meydançada uşaqlarla futbol oynayıblar. Peşəkar futbolçulardan ibarət komandada Rüştü, Hakan və Yorkdan əlavə, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts, onun köməkçisi Uli Ştayn, eləcə də yığmamızın qapıçısı Kamran Ağayevlə kapitan Rəşad Sadıqov da yer alıb.

 

Görüş peşəkar futbolçuların qələbəsi ilə yekunlaşıb – 2:1. Rüştü və Sadıqovun qollarına cavab olaraq, uşaqlar qapıda duran Ştaynı 1 dəfə məyus ediblər.

# 967
avatar

Oxşar yazılar