FİFA Braziliya –Kamerun qarşılaşmasını danışılmış saymır
22 iyun 2014 05:29 (UTC +04:00)

FİFA Braziliya –Kamerun qarşılaşmasını danışılmış saymır

“FİFA Braziliya ilə Kamerun arasında keçiriləcək futbol oyununun danışılmış olacağına inanmır”.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, FİFA-nın əlaqələr üzrə direktoru Deli Fişer bildirib: “Braziliya ilə Kamerun yığmaları arasında keçiriləcək oyun FİFA-da elə ciddi şübhə doğurmur. FİFA-nın təhlükəsizlik xidməti üzrə rəisi Ralf Muçke “qəribə oyunlarda risklər” deyəndə çempionatın üçüncü turunun bütün qarşılaşmalarını nəzərdə tutub. Braziliya-Kamerun arasında keçiriləcək oyuna da təhlükəsizlik xidməti başqa qarşılaşmaları izlədiyi kimi izləyəcək. Bu oyuna xüsusi diqqət edilməyəcək”.

 

Xatırladaq ki, bu komandalar arasında oyun iyunun 24-də Bakı vaxtı ilə saat 00.00-da keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1517

Oxşar yazılar