Estoniya yığması millimizlə oyuna ciddi itkilərlə çıxacaq
14 noyabr 2013 12:42 (UTC +04:00)

Estoniya yığması millimizlə oyuna ciddi itkilərlə çıxacaq

Futbol üzrə Estoniya milli komandası noyabrın 15-də Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünə optimal heyətlə çıxmayacaq. Lent.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Tarmo Rüytli oyunöncəsi mətbuat konfransında açıqlama verib.

 

O, xüsusən müdafiə xəttindəki problemlərdən şikayətlənib. Rüytli bildirib ki, aparıcı oyunçulardan kapitan Raqnar Klavan, eləcə də digər mərkəz müdafiəçiləri İqor Morozov, Rayo Piyroya və “Neftçi”nin sabiq üzvü Taavi Ryahn zədə səbəbindən çıxış etməyəcək. Baş məşqçi əvəzində 3 oyunçudan yararlana bilər ki, onlardan 2-si – Artyom Artyunin və Karol Mets debütantdır.

 

İngiltərənin səviyyəcə 4-cü çempionatında çıxış edən “York Siti”nin yarımmüdafiəçisi Sander Puri də millimizlə matçı buraxacaq. Klubu Purini yığmaya noyabrın 16-da buraxacaq.

 

Qeyd edək ki, Tallindəki “A.Le Koq Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. Oyunun biletləri 5 - 10 avro aralığında olacaq.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar