Əlcəzairdə 12 nəfər futbol bayramının qurbanı olub
21 noyabr 2013 06:49 (UTC +04:00)

Əlcəzairdə 12 nəfər futbol bayramının qurbanı olub

Əlcəzair millisinin Braziliyada keçiriləcək  futbol üzrə dünya çempionatının final hissəsinə çıxması coşqu ilə qeyd edilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu bayrama kədər də qatılıb.

 

Yerli xilasedicilər bildirib ki, Əlcəzairin şərqində oyunu  izləməyə gələnləri daşıyan avtofurqonun dağdan aşması nəticəsində 5 azarkeş, ölkənin cənubundakı avtomobil qəzasında isə 4 nəfər həlak olub.  Daha 3 futbol fanatının həlak olması şəraiti barədə məlumat verilməyib.

 

Xatırladaq ki, Əlcəzair son oyunda Burkina – Fasonu 1:0 hesabı ilə məğlub edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar