Karlos Byanki Argentinanın “Boka Huniors” futbol komandasına baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis bu postda Xulio Sesar Falsionini əvəzləyib.
Klubun ev arenası “La Bombonera”da yeni baş məşqçini 5 min azarkeş salamlayıb.
Qeyd edək ki, Karlos Byanki 1998 – 2001-ci illərdə və 2003-2004-cü il mövsümündə də “Boka Huniors”un baş məşqçisi olub. Byanki bu komandanın sükanı arxasında 4 dəfə Argentina çempionluğu, 3 dəfə Libertadores Kuboku, 2 dəfə Qitələrarası Kuboku qazanıb.