Rusiya millisinin sabiq baş məşqçisi Dik Adkovat Hollandiyanın AZ futbol komandasının sükanı arxasına keçib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Gertyan Verbeki əvəzləyib.
Advokatın son iş yeri Hollandiya PSV-si olub. O, işsiz vaxtlarında Türkiyə “Qalatasaray”ı və İrlandiya yığmasından aldığı təklifləri rədd edib.