Dünən Romada Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyası zamanı AOK-un növbəti dörd illiyə yeni tərkibi müəyyən edilib.
Lent. az-ın məlumatına görə, Avropa Olimpiya Komitəsinin prezidenti, vitse-prezidenti, baş katibi vəzifələrinə və İcraiyyə Komitəsinin üzvlüyünə seçkilər keçirilib.
AOK-nin prezidenti Patrik Hikkey, vitse-prezidenti Janez Kocijancic, baş katibi Raffaele Pagnozzi seçiliblər.
Assambleyada ilk dəfə olaraq Azərbaycanlı nümayəndə, Milli Olimpiya Komitəsinin vitse-presidenti Çingiz Hüseynzadənin AOK-un İcraiyyə Komitəsinə namizədliyi irəli sürülüb və o, üzvlüyə qəbul olunub.