Çempionlar Liqasının püşkatma mərasimində şok olay
20 dekabr 2012 17:36 (UTC +04:00)

Çempionlar Liqasının püşkatma mərasimində şok olay

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi öncəsi sistemi sınaqdan keçirmək məqsədilə atılan püşkün nəticələrinin əsl püşklə eyni çıxması şübhələrə yol açıb. Lent.az-ın məlumatına görə, UEFA-nın təcrübədən çıxardığı texnoloji sistemdə keçirilən püşkatmanın nəticəsi həqiqi püşkatmadan öncə internetə çıxıb.

 

Əsl püşkatmanın da eyni nəticə verməsindən sonra futbolsevərlər şoka düşüblər. Avropa futbol qurumunun bununla bağlı açıqlaması verib-verməyəcəyi maraqla gözlənilir. Amma artıq indidən sosial şəbəkələrdə olay ciddi müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, püşkatma nəticəsində 2 erkən final cütü müəyyənləşib. 1/8 finalda “Milan” (İtaliya) – “Barselona” (İspaniya) və “Real Madrid” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) görüşləri olacaq. Türkiyə təmsilçisi “Qalatasaray”a Almaniya “Şalke”si rəqib olub. Eyni zamanda “Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya), “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya), “Şaxtyor” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya), “Valensiya” (İspaniya) – PSJ (Fransa) və “Portu” (Portuqaliya) – “Malaqa” (İspaniya) görüşləri keçiriləcək. İlk oyunlar 2013-cü ilin 12-13 fevralında, cavab qarşılaşmaları isə 19-20 fevralda olacaq.

 

 

 

# 1855
avatar

Oxşar yazılar