
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az-ın xəbərinə görə, UEFA-nın rəsmi saytında aparılan sorğuda “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu ada layiq görülüb.
Misirli oyunçu 57% səslə hamını qabaqlayıb. İkinci olan “Real”ın hücumçusu Kriştianu Ronaldo respondentlərin 35% səsini toplayıb. İlk “üçlüy”ü 5% səslə “Bavariya”lı Hames Rodriges qapayıb.
Qeyd edək ki, “Liverpul”un üzvü Məhəmməd Salah Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Siti” ilə görüşdə 1 qol vurub, elə o sayda da məhsuldar ötürmə edib.
Oxşar yazılar

“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12
“Mançester Yunayted” ingiltərəli hücumçunu almaq yarışında birincidir
14 may 2025 , 09:37