Braziliyada sabiq futbolçu Juan Rodriqonun başını kəsiblər. Apasport.az saytının məlumatına görə, karyerasını bir müddət əvvəl başa vuran 35 yaşlı cənubi amerikalı dəhşətli şəkildə qətlə yetirilib.
Oktyabrın 28-də öz mağazasından oğurluq avtomobillə qaçırılan Juanın ailəsi ertəsi gün dəhşətli hadisəyə şahid olub. Belə ki, cinayətkarlar sabiq futbolçunun başını kəsərək, ailəsinə göndərib. Rodriqonun həyat yoldaşı evin önündə çantada ərinin başını tapıb. Onun bədəninin digər hissələrini isə polis hələ də axtarır.
Juanın həyat yoldaşı üzündən qətlə yetirildiyi ehtimal olunur. Belə ki, qətlə yetirilənin xanımı polis idarəsində narkotik alveri ilə mübarizə şöbəsində çalışır. Bu cinayəti də məhz narkomafiyanın törətdiyi iddia edilir.
Qeyd edək ki, Rodriqo Braziliyanın bir çox klubları ilə yanaşı İsveçdə “Ester”, Honduras
Da “Olimpiya” klublarında çıxış edib.

Braziliyada futbolçunun başını kəsdilər
Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02