Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 2014-cü il dünya çempionatının seçmə qrup matçında Şimali İrlandiya yığması üzərində 2:0 hesablı qələbədən sonra mətbuat konfransında jurnalistlərin alqışları ilə qarşılanıb. Lent.az-ın məlumatına görə, bu, Foqtsun nəzərindən qaçmayıb.
Almaniyalı mütəxəssis deyib: “6 ilə yaxındır ki, Azərbaycanda çalışıram. Bu müddətdə ilk dəfə jurnalistlər məni üzügülər, alqışlarla qarşıladılar”.
67 yaşlı baş məşqçi bildirib ki, britaniyalılar üzərində qələbəni çətin mübarizədə qazanmaq mümkün olub. Onun sözlərinə görə, ilk yarıda komandamız taktiki səhvlərə yol verib: “Bəxtimiz gətirdi ki, rəqib təhlükəli hücumlardan yararlana bilmədi. Fasilədən sonra isə 3 müdafiəçiyə keçərək, yarımmüdafiə xəttini gücləndirdik. Bununla da komandam gözəl futbol oynamağa başladı”.
Millimiz cari seçmə tsikldə ilk qələbəsini qazansa da, xallarını 8-ə çatdırıb. Bu, yığmamız üçün seçmə mərhələlər tarixində rekord göstəricidir. Lakin Foqtsun fikrincə, komandamız daha çox xal qazanmağa qadir idi: “Bir qələbə mənim üçün azdır. Mən 8 xalla razı qala bilmərəm. Lüksemburqla hər 2 oyunda, Şimali İrlandiya və İsraillə səfər matçlarında əldən buraxığımız qələbələr olmasaydı, mən topladığımız xallardan razı qalardım. Mən hələ Moksvadakı oyunda cərimə meydanından kənarda qapımıza verilən penaltini demirəm”.
Oktyabrın 10-da 21 yaşlılardan ibarət yığmamız 2015-ci il Avropa çempionatının seçmə matçında Norveçi səfərdə məğlubiyyətə uğradıb – 3:1. Oyundan sonra komandamızın almaniyalı baş məşqçisi Bernhard Lippert qələbəni yenidən ölkə prezidenti seçilən İlham Əliyevə həsr edib. Foqts da həmyerlisi kimi, Şimali İrlandiya üzərindəki qələbəni İ.Əliyevə həsr etdiklərini bildirib: “Qələbəmizi komanda adından Azərbaycan prezidenti İlham Əliyevə həsr edirəm. Bu, cənab prezident üçün yenidən seçilməsi münasibətilə kiçik hədiyyədir”.

Berti Foqts: “Qələbəni İlham Əliyevə həsr edirik”
Oxşar yazılar

“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50