Belçika – Rusiya qarşılaşmasına 11 min rusiyalı bilet alıb
21 iyun 2014 21:42 (UTC +04:00)

Belçika – Rusiya qarşılaşmasına 11 min rusiyalı bilet alıb

İyunun 22-də futbol üzrə dünya birinciliyi uğrunda qrup mərhələsində Belçika ilə Rusiya qarşılaşacaq.  Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, FİFA-nın əlaqələr üzrə direktoru Deli Fişer bildirib ki, bu oyun üçün rusiyalı tərəfkeşlər 10-11 min bilet alıb.

 

Onun sözlərinə əsasən, bu qarşılaşma üçün təxminən 75 min bilet satılıb.

 

Oyundan öncə rusiyalı azarkeşlər Rio-de-Janeyronun küçələrində yürüş keçiriblər.

 

Xatırladaq ki, bu qrupun ilk turunda  Belçika Əlcəzairi 2:1 hesabı ilə məğlub edib, Rusiya isə Cənubi Koreya millisi ilə heç-heçə oynayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816

Oxşar yazılar