Bakıda boks gecəsi: Fariz Məmmədovun növbəti döyüşünün vaxtı açıqlandı
12 noyabr 2013 12:54 (UTC +04:00)

Bakıda boks gecəsi: Fariz Məmmədovun növbəti döyüşünün vaxtı açıqlandı

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti döyüşünün vaxtı məlum olub. Lent.az-ın məlumatına görə, peşəkar boksçumuz dekabrın 14-də almaniyalı idmançı Mattias Peklə Bakıda qarşılaşacaq.

Döyüş WBO və IBF versiyasının Avropa kəməri uğrunda keçiriləcək. Almaniya təmsilçisi indiyədək peşəkar rinqdə 21 döyüşün hamısında qalib gəlib. Bu baxımdan, Məmmədovu çətin qarşılaşmanın gözlədiyini demək olar. “Eurosport” telekanalı "Qəbələ" İdman Klubu ilə razılaşmaya əsasən, döyüşü canlı yayımlayacaq.

Məmmədov hazırda Ukraynanın Xarkov şəhərində təlim-məşq toplanışındadır. Məşqçisi Viktor Demçenko onun fiziki durumunun yüksək səviyyədə olduğunu bildirib: “Hazırlığın ilkin mərhələsini Qəbələdə yaxşı səviyyədə keçirdik. Rəqibin çox güclü olduğunu bilirik. Ancaq idmançı üçün belə güclü rəqiblərin olması faydalıdır. Fariz hazırda çox yaxşı formadadır və mən ona güvənirəm”.

Qeyd edək ki, dekabrın 14-də Fariz Məmmədovla yanaşı, daha 4 döyüş keçiriləcək. Peşəkar boksçular arasında baş tutacaq döyüşün üçü reytinq, biri isə Avropa kəməri uğrunda 12 raundluq titul döyüşü olacaq. 7 illik fasilədən sonra 2012-ci ildə yenidən peşəkar rinqə qayıdan Məmmədov son il yarımda keçirdiyi 3 döyüşün hamısını qələbə ilə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1072

Oxşar yazılar