Futbol üzrə Topaz Premyer Liqasında sentyabr və oktyabrın ən yaxşı futbolçularının adları, eləcə də ən gözəl qollarının müəllifləri açıqlanıb. Lent.az-ın məlumatına görə, sentyabrın ən yaxşı oyunçusu adına “Bakı”nın hücumçusu Əfran İsmayılov layiq görülüb.
Oktyabrın ən yaxşı oyunçusu isə “Qarabağ”ın braziliyalı legioneri Reynaldo Dos Santos sayılıb. İsmayılov həm də sentyabrda ən gözəl qolun müəllifi olub. O, ilk dəfə 2 nominasiyada fərqlənib. Oktyabrın ən yaxşı qolunun müəllifi isə “Bakı”nın digər hücumçusu Rauf Əliyev olub. Qaliblər Peşəkar Futbol Liqası (PFL) və Topaz tərəfindən mükafatlandırılıblar. Ayın oyunçularına Topazdan 1500 manat, ayın qolunun müəlliflərinə 1000 manat pul mükafatı verilib. Tədbirdə, həmçinin Premyer Liqada avqust, sentyabr və oktyabr aylarının futbolçularının adlarını düzgün tapmış jurnalist də mükafatlanıb. Həmin şəxsə - “Extratime.az” saytının əməkdaşı Rüstəm Piriyevə 500 manat verlib.
Qeyd edək ki, ayın qolunun müəllifi PFL-in rəsmi saytında, ayın futbolçusu isə 50-dən artıq idman jurnalisti arasında səsvermə nəticəsində müəyyənləşib.

Ayın futbolçuları: Əfran İsmayılov “dubl”, “Bakı” “het-trik” etdi
Oxşar yazılar

Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12