I Avropa Oyunları ilə bağlı FHN-dəki qərargahda müşavirə
01 iyun 2015 19:20 (UTC +04:00)

I Avropa Oyunları ilə bağlı FHN-dəki qərargahda müşavirə

 

 

Müşavirədə nazir Kəmaləddin Heydərov, “Bakı-2015”-in Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin iştirak ediblər

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində Birinci Avropa Oyunları ilə əlaqədar nazirlik tərəfindən yaradılmış Əməliyyat Qərargahında iyunun 1-də müşavirə keçirilib.

 

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin iştirak ediblər.

 

Müşavirədə Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin Birinci Avropa Oyunları ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində nazirliyin gördüyü işlər barədə geniş məruzəsi dinlənilib.

 

Məruzənin təqdimatı zamanı Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri, habelə Atletlər Kəndi ilə birbaşa telekörpü təşkil olunub, hər bir obyekt üzrə yaradılmış qərargah rəhbərləri görülmüş işlərlə bağlı məruzələr ediblər.

 

Sonra nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Adil Abdullayev FHN-də yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinin müasir səviyyədə qurulması, nazirliyin qüvvə və vasitələrinin effektli idarə edilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilmiş ən son yenilikləri barədə məruzə edib.

 

Nazir K. Heydərov Birinci Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib.

 

Sonda çıxış edən “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Birinci Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi sahəsində FHN tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235

Oxşar yazılar

O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42
Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44
“Real” Xabi Alonsonun  təqdimat tarixini  müəyyənləşdirdi

“Real” Xabi Alonsonun təqdimat tarixini müəyyənləşdirdi

23 may 2025 , 15:55