Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan yeganə təmsilçimiz “Qarabağ” ilk görüşünü doğma azarkeşləri önündə keçirib.
III təsnifat mərhələsində Polşa “Pyast”ını (2:1, 2:2) mübarizədən kənarlaşdıran baş məşqçi Qurban Qurbanovun yetirmələri bu dəfə İsveçin “Gefle” klubuna gücünü göstərib.
Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda görüşə təhlükəli hücumlarla başlayan ağdamlılar fasiləyə qədər hesabı aça bilməyib. İkinci yarının sonlarında isə komandamız istəyinə nail olmağı bacarıb. Matça sonradan daxil olan Reynaldo 89-cu dəqiqədə hesabı açıb. Bu qol həm də qarşılaşmanın taleyini müəyyənləşdirib - 1:0.
Qeyd edək ki, “Qarabağ”la “Gefle” arasındakı cavab görüşü bir həftə sonra İsveçdə keçiriləcək.
Avropa Liqası
III təsnifat mərhələsi (ilk oyun)
1 avqust
“Qarabağ” (AZƏRBAYCAN) - “Gefle” (İsveç) - 1:0
QOL: Reynaldo, 89
Baş hakim: Nikolas Rainville (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadiqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 16. Leroy Corc, 20. Riçard Almeyda, 11. Nikolas Gelaşvili
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 18. İlqar Qurbanov, 70. Çumbinyo, 6. Hacı Əhmədov, 88. İlrix Kapolonqo
Baş məşqçi: Qurban Qurbanov
Gefle: 1. Mattias Huqosson (k), 2. Olof Mard, 4. Anders Vikström, 6. Par Asp, 14. Yens Portin, 16. David Fallman, 7. Aleksander Faltsetas, 8. Simon Lundevall, 19. Markus Hansson, 10. Yakob Orlov, 15. Mikael Dahlberq
Ehtiyat oyunçular: 22. Emil Hedvall, 3. Yonas Olsson, 11. Sive Pekezela, 5. Zəkəriyə Abdullay, 25. Yoahim Adukor, 9. Yohan Oremo, 20. Emil Bellander
Baş məşqçi: Per Olsoon

Avropa Liqası.“Qarabağ” son dəqiqədə sevindi
Oxşar yazılar

Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27
"Barselona"nın transfer pəncərəsi bağlanana qədər dörd problemi var, çünki...
16 iyul 2025 , 16:47
Ronaldoya yalnız seçilmiş oyunlarda oynamaq icazəsi verildi
16 iyul 2025 , 14:50
6 futbolçu "Mançester Siti"ni tərk edir
16 iyul 2025 , 12:24
Planetin ən gözəl voleybolçusu yeni rola hazırlaşır: Braziliya gözəlinin FOTOLARI
16 iyul 2025 , 09:39