Avropa çempionatında ilk 2 medal
13 noyabr 2013 18:15 (UTC +04:00)

Avropa çempionatında ilk 2 medal

Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında Azərbaycanın ən azı 2 boksçusu bürünc medalı təmin edib. Lent.az-ın məlumatına görə, bunlar Rüfət Hüseynov və Ümid Rüstəmovdur.

 

46 kq çəki dərəcəsində mübarizə aparan Hüseynov ¼ finalda Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanıb – 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq.

 

50 kq çəkidəki Rüstəmov isə macarıstanlı Mate Çazçarı üstələyib – 3:0. Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq.

 

Qeyd edək ki, Avropa çempionatında daha 5 boksçumuz ¼ final döyüşünə çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar