2020-ci ildə futbol üzrə Avropa çempionatına Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı hazırlanacaq Sifariş Kitabı müzakirə olunub. Lent.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirə İşçi Qrupun üzvləri və İngiltərədən dəvət olunmuş mütəxəssislər qatılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 22 may tarixli sərəncamı ilə Sifariş Kitabının hazırlanmasını AFFA-ya həvalə edilib.