![[b]“Qarabağ” rəhbərliyi Türkiyəyə gedir[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]“Qarabağ” rəhbərliyi Türkiyəyə gedir[/b]
Türkiyənin “Milliyet” qəzetinin təşkil etdiyi “ilin ən yaxşıları” sorğusunun qalibləri sabah müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, 8 nominasiya üzrə keçirilən səsvermədə “Qarabağ” “ilin ən yaxşı komandası” adına namizədlərdən biridi.
Ağdam təmsilçisi sabah keçiriləcək mükafatlandırma mərasimində rəhbərlik səviyyəsində təmsil olunacaq.
Belə ki, vitse-prezident Tahir Gözəl, icraçı-direktor Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, baş menecer Asif Əsgərov, mətbuat katibi Nurlan İbrahimov və “Azərsun Holdinq”in rəsmi şəxslərindən Fevzihan Aras bu məqsədlə Türkiyəyə yollanacaqlar. Onlar “Volkswagen Arena”da baş tutacaq tədbirə qatılacaqlar.
“İlin ən yaxşı komandası” adına namizədlər arasında Ağdam təmsilçisi ilə yanaşı, əlil futbolçulardan ibarət Türkiyə yığması, “Beşiktaş” futbol klubu, “Fənərbaxça”nın kişilərdən ibarət basketbol komandası, əlil basketbolçulardan ibarət Türkiyə yığması və “Vakifbank”ın qadınlardan ibarət voleybol komandası da var.
Qeyd edək ki, azərbaycanlı atlet Ramil Quliyev də mükafat əldə edə bilər. 200 m məsafəyə qaçışda dünya çempionu olan həmyerlimiz həm “ilin idmançısı”, həm də “ilin yüksəlişdə olan idmançısı” nominasiyasında namizədlərdəndi.
Oxşar yazılar

"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39