“Xəzər Lənkəran”dan növbəti transfer
20 iyun 2014 13:50 (UTC +04:00)

“Xəzər Lənkəran”dan növbəti transfer

“Xəzər Lənkəran” daha bir futbolçunun transferini reallaşdırmağa yaxındı. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” Rəşad Sadiqovun ardından Aleksandr Şemonayevi də heyətinə qatmaq üzrədi.

 

Cənub təmsilçisinin baş məşqçisi Oğuz Çətin AZAL-la müqaviləsi başa çatan müdafiəçini sərəncamında görməkdə israrlıdı. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacağı gözlənilir.

 

Şemonayev karyerasının çox hissəsini “Simurq”da keçirib. Zaqatala futbol məktəbinin yetirməsi olan müdafiəçi yalnız ötən mövsümü AZAL-da keçirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184

Oxşar yazılar