“Qəbələ” futbol klubunun baş məşqçisi Yuri Syomin Rusiya “Terek”inin təklifini rədd edib. Lent.az-ın “Sport Inside” nəşrinə istinadən məlumatına görə, Syomini Qroznı komandasına şəxsən Çeçenistan prezidenti Ramzan Kadırov dəvət edib.
Lakin 66 yaşlı mütəxəssis Azərbaycan klubunda qalmağa üstünlük verib.
Qeyd edək ki, bir neçə gün öncə Ramzan Kadırov Yuri Krasnojanı “Terek”in baş məşqçi postundan istefaya göndərib.