Hazırda Ağdamın “Qarabağ” komandasında çıxış edən futbolçu Muarem Muarem keçmiş klubu Türkiyə “Orduspor”unun başına iş açıb. Lent.az-ın “Radyospor”a istinadən verdiyi məlumata görə, “Orduspor” 2010-cu ildə Makedoniya “Rabotniçki”sindən aldığı makedoniyalı hücumçu üçün 230 min lirəlik transfer haqqını hələ də ödəməyib.
Bu səbəbdən, Türkiyə klubunun bütün əmlakına həbs qoyulub. Vəkil Mehmet Aygün vasitəsilə həyata keçirilən cəza tədbiri “Orduspor”un bank hesablarına, kuboklarına və loqosuna əl qoyulub. Pulu vaxtında ödəməsə, klubun kubokları və loqosu satışa çıxarılacaq. “Orduspor” rəsmiləri isə borclarını yalnız Superliqaya vəsiqə təqdirində ödəyə biləcəklərini deyiblər.
Qeyd edək ki, Muarem Muarem “Qarabağ”a 2012-ci ilin yayında keçib. “Orduspor”da isə o, 2010-2011-ci il mövsümündə çıxış etdikdən sonra “Rabotniçki”yə qayıdıb. Ağdam təmsilçisi Muaremi məhz Makedoniya klubundan alıb. “Orduspor” isə ötən mövsüm Türkiyə Superliqasında 17-ci yeri tutaraq, I Liqaya enib.

“Qarabağ”ın futbolçusu Türkiyə klubunu həbsə atdırdı
Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02