İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu zədələnib. Lent.az-ın məlumatına görə, portuqaliyalı hücumçu “Almeriya” ilə İspaniya çempionatı matçında sol baldırından xəsarət alıb.
Zədənin nə dərəcədə ciddi olduğu hələlik bilinmir. Amma Ronaldu, çox güman ki, Türkiyənin “Qalatasaray” komandası ilə noyabrın 27-də keçirəcəyi Çempionlar Liqası matçını buraxmalı olacaq.
Qeyd edək ki, “Real Madrid”in Almeriya”nı 5:0 hesabı ilə məğlub etdiyi görüşdə Kriştianu Ronaldu 1 qol vurub. O, 54-cü dəqiqədə ayağından zərbə alaraq, meydanı axsaya-axsaya tərk edib. Hazırda Ronaldu İspaniya çempionatının bombardiri sayılır. Dünyanın ən yaxşı futbolçusu adına namizəd 14 oyuna 17 qol vurub və ən yaxın izləyicisi, “Atletiko”lu Dieqo Kostanı 3 top geridə qoyur.